BLACK SOCIAL HISTORY Frederick Bruce Thomas (1872–1928) was a Mississippi native and the son of former slaves who became a prominent citizen of Moscow and, later, Constantinople (now known as Istanbul).
Thomas left Mississippi for London, intending to work as a waiter. He then moved to Russia, where he ran a series of theaters and restaurants. During the Russian Revolution, he fled to Turkey, where he had less success in business and became in debt. He found himself unable to return to the United States and died in a Turkish prison in 1928. Frederik Brüs Tomas
Vikipediya, açıq ensiklopediya
Frederik Brüs Tomas | |
ing. Frederick Bruce Thomas | |
Frederik Brüs Tomas, Paris, 1896. | |
Doğum tarixi: | 1872 |
---|---|
Doğum yeri: | ABŞ, Missisipi |
Vəfatı: | 1928 |
Vəfat yeri: | Türkiyə, İstanbul |
Vəfat səbəbi: | ağır xəstəlik |
Atası: | Levis Tomas |
Anası: | Hanna Tomas |
Vətəndaşlıq: | ABŞ→ Rusiya İmperiyası |
Milliyyəti: | zənci |
Frederik Brüs Tomas (ing. Frederick Bruce Thomas; d. 1872, Missisipi, ABŞ - ö. 1928, İstanbul, Türkiyə) — Afroamerikan iş adamı;Türkiyədə ilk gecə klubu və kazinonun qurucusu.
Mündəricat
[gizlə]Həyatı[redaktə]
Frederik Brüs Tomas 1872-ci ildə Missisipidə anadan olmuşdur. Atası Levis Tomas, anası Hanna Tomas idi. Onlar ABŞ-da köləliyin ləğvi edilməsi nəticəsində böyük bir fermaya sahib olmuşdular.
1890-cı ildə atası Levis torpaq mübahisəsinə görə qonşu ağdərili tərəfindən öldürüldü. Artıq həmin vaxt 18 yaşında olan FrederikMissisipidə qala bilməyəcəyini görərək doğma evini tərk edir. Əvvəlcə 2 il ABŞ-ı dolaşır. Otellərdə qarson işləyir, lakin irqçilik ona hələ də problemlər yaradırdı.
Fredirik irqçiliyin olmadığı Avropaya getməyi qərara alır. Gəmi ilə Londona gedir və oradan sonra isə 13 şəhəri gəzir. Qarşısına çıxan bütün işlərdə çalışır. Fransada varlı bir rusla tanış olaraq, onun xidmətçisinə çevrilir. Rusun tövsiyəsi ilə bəxtini bu dəfə Rusiyadasınamaq qərarına gəlir.
1899-cu ildə Rusiyaya gəlir. Çox keçmədən vətəndaşlıq alır, adını dəyişdirib Fyodor Fyodoroviç Tomas edir. Onun burada 2 arvadı, 2 uşağı və 1 məşuqəsi var idi. Moskvada qarson kimi başladığı həyatını bir neçə il sonra varlı bir iş adamı kimi davam etdirir. O, burada varlıların sevimli məkanı olan "Maksim" gecə klubunu yaradır. Lakin 1917-ci ildəki Oktyabr inqilabından sonra ölkədə sovet hakimiyyətinin qurulması onun xeyrinə olmur. Bir sıra çətinliklərə məruz qalan Tomas ABŞ səfirliyinə müraciət edir. Ancaq səfirlikdən ona bildirirlər ki, həm Rusiya vətəndaşı, həm də zənci olduğuna görə ona kömək edə bilməyəcəklər.
ABŞ-dan əli üzülən Tomas, daha sonra ailəsi ilə bərabər uzun sürən çətinliklərdən sonra Türkiyəyə gedir. Türkiyədə 9 il yaşayır. Amma Tomasın bütün var-dövləti Rusiyadaqalmışdı. Buna görə də Türkiyədəki fəaliyyətinə hamballıq etməklə başlayır. Yenə də qarsonluqda da bəxtini sınayır və cəmi 1 il ərzində itirdiklərini yenidən qazana bilir.
1920-ci ildə macərəpərəst zənci Tomas İstanbuldakı indiki Taksim meydanında "Stella" adlı caz və gecə kluba açmağa qərar verdi. O, dünyada məşhur olan caz musiqisiniTürkiyəyə gətirir. Ardınca burada da "Maksim" klubunu açır və Avropadan rəqqasələr gətirir. "Maksim" qısa müddət ərzində İstanbulun ən məşhur gecə klubuna çevrilir. Müştəriləri sırasında tanınmış adamlarla yanaşı, hətta diplomatlar da vardı. ABŞ səfiri Admiral Bristol bütün dəvətlərini məhz bu klubda verirdi.
Həbs olunması[redaktə]
Tomas daha sonra Türkiyə tarixinin ən utancverici qumarxanası olan "Yıldız Sarayı"nda açılan oyun salonuna şərik olur. Amma hər şey bir gecədə yerlə-yeksan edilir. Qumarda bütün sərvətini itirən bir türk "Yıldız Sarayı"nın qapısı önündə intihar edir. Bunun ardınca1927-ci ilin sentyabrında bu qumarxana bağlanır. Bu, Tomasın sonu demək idi. Nəticədə o, müflis olur. Çünki "Stella" və "Maksim" gecə klublarından əldə edilən gəlir borclarının ödənilməsinə kifayət etmirdi. Həbs olunacağını bildiyi üçün o, ABŞ və Rusiya səfirliklərinə müraciət edir. Ancaq bütün qapılar üzünə bağlandı və 1927-ci ildə Tomas həbs olundu. Borclu olduğu şəxslər gecə klublarını borca qarşılıq aldılar.
Vəfatı[redaktə]
Tomasın həyatı 1928-ci ildə Türkiyədə faciəli şəkildə başa çatmışdır. 1928-ci ilin mayında Tomas ağır xəstələnir və həbsxanadanTaksimdəki Pastor xəstəxanasına köçürüldü və 55 yaşında ikən xəstəxanada öldü. Öldüyü xəstəxana onun Türkiyədə qurucusu olduğu ilk gecə klubunun bir neçə metrliyində yerləşirdi.
Məzarı[redaktə]
Dostları Toması İstanbuldakı Feriköy Latın məzarlığında dəfn edirlər. Amma məzara baş daşı qoymaq üçün tələb olunan pulu heç kəs vermir və nəticədə Tomasın məzarı itir.
Xatirəsi[redaktə]
- Onun həyatı haqqında əslən rus olan amerikalı professor Vladimir Aleksandrovun "Qara rus" kitabını yazmışdır[1]. Kitab 2013-cü ildə "Atlantic Monthly Press" nəşriyyatında çap olunmuşdur[2].
Mənbə[redaktə]
- Elnarə. İlk gecə klubu, rəqqasə qızlar, qumarxana və yox olan məzar - Həyat dramı. AzNews.az (azərb.)
No comments:
Post a Comment